İngiltərə Federasiya Kubokunda son yarımfinalçı müəyyənləşib.
 
Qol.az-ın məlumatına görə, son görüşdə "Bləkbörn" və "Liverpul" komandaları qarşılaşıb.
Liverpulda baş tutan ilk oyunda hesab açılmadığından cütün taleyinə cavab matçında aydınlıq gəlib. Koutinyonun matçın 70-ci dəqiqəsində vurduğu qol "Liverpul"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Liverpul" kubokun yarımfinalında "Aston Villa" ilə qarşılaşacaq.
 
8 aprel

İngiltərə Federasiya Kuboku, 1/4 final

 
"Bləkbörn" - "Liverpul" - 0:1
Qol:
Koutinyo, 70 (0:1)

Milli.Az