Lissabon, 9 aprel, AZƏRTAC
Portuqaliya yeni yaranmış Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) təsisçisi-üzvü olmaq təklifini qəbul edib.
Yeni yaranmış və Dünya Bankının alternativi hesab edilən quruma üzv olmaq üçün artıq 40 ölkə müraciət edib. Müraciət edən son 3 ölkə İslandiya, Macarıstan və İsraildir.
AİİB 2014-cü ildə Çində yaradılıb. Onun nizamnamə kapitalı 100 milyard dollardır. Bankın məqsədi Asiya və Sakit Ökean ölkələrində infrastruktur layihələrini maliyyələşdirməkdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon