Bakı,9 aprel, AZƏRTAC
“Muğanbank” ASC “Zolotaya Korona” pul köçürmələri sisteminə qoşulub.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Azərbaycanda “Zolotaya Korona”nın infrastrukturu 51 məntəqə artaraq min xidmət nöqtəsini ötüb. “Zolotaya Korona” sistemi ilə əməkdaşlıq sayəsində “MONEX” pul köçürmələri sistemi maliyyə bazarında mövqeyini möhkəmləndirməyi və müştərilərə hesab açılmadan yaxın və uzaq xarici ölkələrə transfertlərin həyata keçirilməsi üzrə geniş imkanlar yaratmağı planlaşdırır.