[ 09 Aprel 2015 05:13 ]
Bakı-APA. "İslam Dövləti" (İŞİD) terror təşkilatı ilə əlaqəli olan haker qrupu beynəlxalq fransızdilli TV5 Monde telekanalının resurslarına hücum edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 9-a keçən gecə televiziya kanalının yayımında fasilələr yaranıb.
Eyni zamanda TV5 Monde-un internet-resursları da hücuma məruz qalıb. Telekanalın “facebook” hesabında İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən Fransa hərbçilərinin ünvanlarına ölüm hədələri edilib.
Bir müddət sonra telekanalın işi bərpa olunub. “Hazırda televiziya efirimiz, rəsmi saytımız və sosial şəbəkələrdəki hesablarımız şiddətlə kiber şiddətli hücumlara məruz qalmaqda davam edir”, TV5 Monde-un Twitter səhifəsində bildirilir.