[ 08 Aprel 2015 22:53 ]


Bakı - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 787 Dreamliner” Bakı-Moskva aviareysi ilə ilk uçuşunu həyata keçirirb.

APA-Economics” “Aviation Explorer” nəşrinə istinadən xəbər verir ki, “Arzuların layneri” bu gün “Domodedovo” hava limanına enib.

 

Qeyd edək ki, Bakı-Moskva-Bakı marşrutu ilə gündəlik 4 aviareys yerinə yetirilir.

 

Məlumatda qeyd edilir ki, cari ilin may ayının 1-dən etibarən AZAL əlavə olaraq gündəlik 4 reys və həftənin cümə axşamından bazar gününədək yerinə yetiriləcək 2 reys açmaq niyyətindədir.