İrəvana qarşı böyük çağırış
Bu sözləri aprelin 8-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.
Professor Əli Həsənov bildirib:
- Azərbaycan belə tədbirlərdə bölgənin Rusiya, Türkiyə, İran kimi böyük dövlətləri, o cümlədən regionda geosiyasi, geoiqtisadi, hərbi geostrateji maraqları olan Avropa İttifaqı ölkələri, ABŞ, Çin kimi dövlətlər ilə yanaşı bərabərhüquqlu aktor kimi iştirak edir. Ona görə də bölgənin 40-dan artıq ölkəsini təmsil edən nümayəndələrin qatıldığı Avrasiya İqtisadi Zirvəsində Azərbaycan özünün iştirakını əhəmiyyətli və aktual sayır. Azərbaycan bu Zirvədə böyük nümayəndə heyəti ilə iştirak edir. Biz burada, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışacağıq. Neçə illərdir ki, bölgədə sülhü təhdid edən Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Tədbirdə təmsil olunan dövlət və qeyri-dövlət qurumlarına Ermənistana təzyiq göstərmələri üçün çağırışlar edəcəyik. Bir daha diqqətə çatdıracağıq ki, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət münaqişənin uzanmasına səbəb olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirmir. Biz bunu nümayəndə heyətlərinə bir daha xatırladacağıq.
Azərbaycan bu Zirvədə həm enerji, həm nəqliyyat-kommunikasiya, həm də bölgədə ictimai-siyası və təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək bütün panellərdə fəal iştirak edəcək. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33