Rahib Məmmədov ilk Avropa Oyunlarının atletika yarışlarında əsas favoritlərdəndir
Bakı, 8 aprel, Səxavət Quliyev, AZƏRTAC
İdmanın ən qədim növlərindən olan atletika ilə bağlı ilk təsvirlərə hələ eramızdan əvvəl 2250-ci ildə qədim Misir və yunan rəsmlərində rast gəlinir. Müasir dövrdə atletika idmanın bütün növləri arasında insanların ən çox məşğul olduğu sahədir.
“Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində də atletika yarışları keçiriləcək. “Rio-2016” Yay Olimpiya Oyunları üçün seçmə yarışlara aparan yolun bir hissəsi kimi, atletika üzrə mübarizə “Bakı-2015”də iyunun 21-22-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bu stadion həm idmançılara, həm də tamaşaçılara dünya səviyyəli yarışlara şahid olmaq imkanı verəcək. Atletika yarışlarında iştirak etmək üçün Bakıya 500 kişi və qadın idmançı gələcək.
Avropa Oyunlarında atletika yarışları Avropa çempionatının 3-cü liqasını əhatə edəcək. Olimpiya idman növlərinin sayına görə bu yenilikçi və maraqlı formata kişilər və qadınlar üçün nəzərdə tutulmuş 40 yarışda mübarizə aparacaq 15-dək milli komanda daxil olacaq. Komandaların hər yarış üçün bir idmançısı olacaq. Hər idmançıya xal veriləcək və intensiv yarışın sonuncu günü ərzində ən çox xal toplayan üç komanda medalla təltif olunacaq.
“Bakı-2015” Avropa Oyunlarında 110 metr məsafəyə maneələrlə qaçış və 4x100 estafet qaçışında Azərbaycanı təmsil edəcək Rahib Məmmədov turnirə hazırlıqla bağlı fikirlərini AZƏRTAC ilə bölüşüb. Oyunlara ciddi hazırlaşdığını bildirən R.Məmmədov rəqiblərinin güclü olduğunu diqqətə çatdırıb.
Atlet deyib: “Bəzi rəqiblərim haqda məlumatlıyam. Əsasən də serbiyalı atletin güclü rəqib olduğunu düşünürəm. Amma mən də bu yarışa ciddi hazırlaşıram. Doğma meydanda uğurla çıxış edib, mükafatçılar arasında yer alıb xalqımızı sevindirmək istəyirəm”.
Karyerasında qazandığı nailiyyətlərdən danışan atlet məşqçilərinin tapşırıqlarını layiqincə yerinə yetirib Avropa Oyunlarındakı çıxışını səbirsizliklə gözlədiyini bildirib.
Atletin şəxsi məşqçisi, yığma komandanın sürət üzrə məşqçisi Elvin Əliyev R.Məmmədovun son yarışlarda qazandığı nailiyyətlərin idmançının “Bakı-2015”də iştirakını təmin etdiyini vurğulayıb. Yetirməsinin beynəlxalq yarışlardakı uğurlu çıxışını xüsusi vurğulayan məşqçi deyib: "Avropada təşkil olunan yarışlarda R. Məmmədov dəfələrlə mükafatçılar sırasında yer alıb. Atletimizi yarışın iddialı iştirakçılarından hesab edirəm. Çünki o, məşqlərə çox ciddi yanaşır və verilən tapşırıqları layiqincə yerinə yetirir.
“Bakı-2015”də atletika üzrə mübarizənin “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün əhəmiyyətli yarış olduğunu bildirən Elvin Əliyev atletlərin müxtəlif normativləri layiqincə yerinə yetirəcəklərinə inandığını söyləyib.
Milli komandanın dözümlülük üzrə baş məşqçisi Bəhruz Salehli R.Məmmədovun “Bakı-2015”in atletika yarışlarında əsas favoritlərindən olduğunu, məşqlərə çox həvəslə yanaşdığını diqqətə çatdırıb. O deyib: “Milli komandamızda istedadlı idmançılar çoxdur. Avropa Oyunlarında üçtəkanla tullanma yarışlarında ölkəmizi təmsil edəcək Nazim Babayevdən də medal gözləyirik. Hər iki atletin mükafatçılar sırasında yer alacağını ümid edirəm.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33