Oğuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi 115 yaşlı Zeynəb nənənin qonağı olub
Oğuz, 8 aprel, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən olan Oğuz rayonu uzunömürlülər diyarı kimi tanınır. Hazırda rayonda yaşı yüzü ötmüş 4 ahıl var. 115 yaşlı Zeynəb nənə isə, həm də Azərbaycanın ən uzunömürlü sakinlərindən biri hesab olunur. 1900-cü ildə Oğuzun Qarabulaq kəndində anadan olmuş Kərimova Zeynəb Əhməd qızı rayonun Astraxanovka kəndində yaşayır. Zeynəb nənənin 11 övladından üçü sağdır. Nənənin 5 nəvəsi, 7 nəticəsi var.
AZƏRTAC xəbər verir ki, aprelin 8-də rayon rəhbərliyi Zeynəb nənənin qonağı olub, rayonun ən yaşlı sakinini doğum günü münasibətilə təbrik edib, əhvalı ilə maraqlanıblar. Görüşdə iştirak edən həkim briqadası Zeynəb nənəni hərtərəfli tibbi müayinədən keçirib. Onun səhhətində ciddi problem qeydə alınmayıb.
Yaşının çox olmasına baxmayaraq Zeynəb nənə hazırda özünü gümrah hiss edir, ev işlərini özü sərbəst görə bilir, gözləri yaxşı görür, hətta tikiş tikmək üçün iynəni belə özü saplayır.
Görüş zamanı Zeynəb nənəyə doğum günü münasibətilə rayon icra hakimiyyəti tərəfindən xalça hədiyyə olunub, tort kəsilib, çay süfrəsi ətrafında səmimi söhbət aparılıb.
Hər il Zeynəb nənənin doğum gününün rayon rəhbərliyi ilə birgə qeyd olunması qərara alınıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33