Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də “Hilton Baku” otelində UEFA, Avropa Peşəkar Futbol Liqası Assosiasiyası (EPFL), Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyası (FİFPro) və Avropa Klublar Assosiasiyası (ECA) təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, AFFA, Peşəkar Futbol Liqası və Topaz Premyer Liqasında iştirak edən klubların nümayəndələrinin iştirak etdiyi görüşdə UEFA-nın nümayəndəsi Grafström Mattias, AFFA-nın Hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev “Peşəkar futbolçularla futbol klubları arasında bağlanan müqavilələrin məzmunu ilə bağlı UEFA-nın tələbləri” mövzusunda çıxış edib, klub nümayəndələrinin suallarını cavablandırıblar.
Daha sonra “Futbol sahəsində mövcud olan mübahisələrin həlli sistemi” müzakirə edilib, AFFA-da yeni yaradılmış mübahisələrin həlli sistemi barədə məlumat verilib.

