İkinci Avropa Oyunlarının paytaxtının seçkiləri may ayında keçiriləcək
Bakı, 8 aprel, AZƏRTAC
Bu ilin mayında Türkiyədə, Avropa Olimpiya Komitəsinin (AOK) Fövqəladə Baş Assambleyasında İkinci Avropa Oyunlarının paytaxtının seçkiləri keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, AOK-un vitse-prezidenti Aleksandr Kozlovskinin sözlərinə görə, 2019-cu ilin yayında Avropa Oyunlarının keçirilməsinə əsas namizəd Niderlanddır.
A.Kozlovski deyib ki, artıq xərclərə yol verməmək üçün namizəd ölkələr arasında yarış rəsmən elan edilməyib. AOK növbəti Oyunların keçirilməsinə namizədi müstəqil müəyyən etmək funksiyasını öz öhdəsinə götürüb.
O bildirib ki, mayda Avropa olimpiya komitələrinin ənənəvi seminarı keçiriləcək. Bu seminar bir saatdan az davam edəcək Fövqəladə Baş Assambleyaya çevriləcək.
Vitse-prezidentin sözlərinə görə, 2019-cu ilin Avropa Oyunlarının keçirilməsinə təkcə Niderland maraq göstərməyib. O fikrini belə yekunlaşdırıb: “Bizim Avropa Oyunlarının keçirilməsinə maraq göstərən başqa ölkələr ilə də müəyyən danışıqlarımız olub. Konkret ad çəkməyəcəyəm. Lakin bunlar həmin ölkələrdir ki, vaxtilə onların Olimpiya oyunlarının keçirilməsinə namizədliyi nəticəsiz qalıb.
A.Kozlovskinin fikrincə, yarışların bütün ölkədə keçirilməsi konsepsiyası sayəsində növbəti Avropa Oyunlarının ev sahibi qismində məhz Niderlandın namizədliyi təklif ediləcək.
Xatırladaq ki, Birinci Avropa Oyunları bu il iyunun 12-28-də Bakıda keçiriləcək. Dünyanın 49 ölkəsindən 6 mindən çox atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. Yarışlar 21 idman obyektində keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Çempionlar Liqası: “Sabah” növbəti mərhələyə yüksəlib YENİLƏNİB
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Danla Biliç təcili əməliyyat olundu
Bu gün
·
00:44
Meloninin seçki islahatı paketinə zərbə: "Cəhd etdik, bataqlıq yenə qalib gəldi"
Bu gün
·
00:15
Odessada azərbaycanlılların olduğu gəmi VURULDU
Bu gün
·
00:12
Çempionlar Liqası: “Sabah” növbəti mərhələyə yüksəlib YENİLƏNİB
Dünən
·
23:52
Hörmüz İran istisna olmaqla, hər kəs üçün açıqdır - Tramp
Dünən
·
23:49
Kondisionerlərdə "3 dəqiqə qaydası" nədir?
Dünən
·
23:33
Bakıda bəzi ərazilərdə işıq olmayacaq
Dünən
·
23:25
“Yox” deməyi bacarmayan 5 bürc
Dünən
·
23:19
Ərəblər "Fənərbaxça"nın ulduzuna elçi düşdü
Dünən
·
23:18
Jurnalistlər üçün müsabiqə başladı - 1000 manat mükafat
Dünən
·
23:16
"Qalatasaray"dan transfer şousu - Məşqçi açıqladı
Dünən
·
22:47
Bir kişinin sevmədiyini göstərən 4 hərəkət
Dünən
·
22:27
“Real Madrid” Barış üçün 70 milyon təklif edir
Dünən
·
22:14
Pomidor şirəsinin 5 əsas faydası
Dünən
·
22:12
Qızlar niyə ana olmaq istəmir?
Dünən
·
22:01