Əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakı, Mingəçevir və Gəncə şəhərlərində, Lənkəran və Bərdə rayonlarında yerləşən iri işəgötürənlərdə (“AKKORD” STIK ASC, “Azneftmaş” ASC, “Det-Al Aliminium” MMC, “Lənkəran Konserv” ASC, “Yağ Pendir-Az-Qida” ASC) əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, həmin müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə keçirilən görüşlərdə Azərbaycanda əməyin mühafizəsi sahəsində daim güclənən dövlət siyasətindən bəhs olunub, ölkədə hər bir vətəndaşın sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının konstitusion hüquqlardan biri olduğu diqqətə çatdırılıb. Görüşlər zamanı əmək qanunvericiliyi, xüsusən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə işçi və işəgötürənlərə ətraflı məlumatlar verilib, işçinin həyat və sağlamlığının müəssisənin iqtisadi maraqlarından üstün tutulduğu vurğulanıb. Əməyin mühafizəsi, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi sahəsində işəgötürənlərin vəzifələri, habelə bu vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də işəgötürənlərin nəzərinə çatdırılıb.
Son illərdə DƏMX tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına, habelə iş yerlərində əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də təbliğat-maarifləndirmə yönündə görülən işlərə də toxunulub. Bildirilib ki, görülən təsirli tədbirlər ölkəmizdə istehsalat qəzalarının, habelə bu hadisələr zamanı ölən və ya xəsarət alanların sayının kəskin şəkildə azalmasına şərait yaradıb. 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar cari ilin aprel ayının Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunması, aylıq çərçivəsində həyata keçirilən tədbirlər də Xidmətin bu sahədə apardığı işlərin davamı olmaqla, işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunması, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına hədəflənib.
Tədbirlərdə işçi və işəgötürənlərin iş yerlərində əmək şəraitinin texniki təhlükəsizlik qaydalarına uyğun təşkili, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi və s. ilə bağlı sualları cavablandırılıb, hüquqi-praktik izahatlar verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25