Günəş batareyaları ilə işləyən hibrid velosiped
Bakı, 8 aprel, AZƏRTAC
Şübhəsiz ki, ən qənaətli nəqliyyat növü velosipeddir. Lakin mütəmadi olaraq velosiped sürmək insanı yorur. Məhz buna görə də “gələcəyin velosipedi” adlanan yeni Solarbike günəş batareyalarından qidalanan elektrik mühərriki ilə təchiz olunub.
AZƏRTAC hitech.vesti.ru saytına istinadla xəbər verir ki, günəş batareyaları velosipedin təkərlərində, akkumulyator isə ramada yerləşdirilib. Velosipedi bir neçə saat günəş altında saxlamaq kifayətdir ki, bir dəfəyə 80 kilometr məsafə qət edə biləsən. Akkumulyatorun enerjisi qurtardıqdan sonra isə onu yenə də əvvəlki kimi ayaqla sürmək olar.
Bu velosiped elə də günəşli olmayan Danimarkanın paytaxtı Kopenhagen şəhərində hazırlanıb. Əgər şimal günəşi velosipedin tam işləməsinə kifayət edirsə, Bakıda o, əvəzedilməz nəqliyyat vasitəsinə çevrilə bilər.
Solarbike elektrik mühərrikinin sayəsində saatda 25 kilometr sürətlə hərəkət edir. Bura sürücünün cəhdləri də əlavə olunsa, onda velosipedin sürəti saatda 60 kilometrə çata bilər.
“Gələcəyin velosipedi”nin nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33