Müsahibimiz “MULK-İNVEST əmlak və hüquqi konsaltinq xidmətləri MMC”-nin direktoru Habil Babayevdir. Habil Babayev 1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illlərində hüquq mühafizə orqanlarında təcrübə keçmiş, notariusda, özəl şirkətlərdə çalışmışdır. Daha sonra bir müddət vəkil kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasında çalışmağa başlamışdır. Biliyi və etibarlı tərəfdaşlığı, ədalətliliyi və prinsipiallığı ilə az bir zamanda vəkillik fəaliyyətində nüfuz qazanmışdır. Daha sonra biznes sahəsində özünü sınamışdır.
 
2005-ci ildən biznes fəaliyyətinə baş vurmuş, 2008-ci ildən isə Türkiyə ilə biznes fəaliyyəti qurmağa başlamışdır. 2012-ci ilə Türkiyədə əcnəbi şəxslərə öz adlarına mülk almaq imkanları verən qanun dəyişikliyindən sonra orada “MULKWAY yabançılara emlak və danişmanlık hizmetleri LTD” şirketini quraraq əcnəbi vətəndaşlara daşınmaz əmlak alınması ilə bağlı xidmətlər göstərməyə başlamış, xaricilərin mülk alması məsələlərini tənzimləyən qanunvericiliyi və bununla bağlı olan praktik fəaliyyət məsələlərini öyrənmiş, daşınmaz əmlakla bağlı Dubay, İstanbul, Bakı, Bursa və s. yerlərdə keçirilmiş müxtəlif sərgi və toplantılarda iştirak etmişdir. O, hal-hazırda “MULK-İNVEST əmlak və hüquqi konsaltinq xidmətləri MMC” şirkətinin direktoru kimi çalışaraq, yerli və əcnəbi fiziki və hüquqi şəxslərə Türkiyədə, Azərbaycanda, Dubayda mülk alınması, investisiya yatırılması, biznesin təşkili işində və sair məsələlərdə xidmətlər göstərir.
 
- Habil müəllim, mümkündürsə, şirkətiniz barədə oxucularımıza məlumat verərdiniz.

- Artıq 3 ilə yaxındır ki, şirkətimiz əvvəl “MULKWAY” adı ilə, daha sonra “MULK-İNVEST” adı ilə Türkiyədə əcnəbilərə daşınmaz əmlak və investisiya-yatırım sahəsində, həmçinin yeni iş qurulması, biznesin təşkili, miqrasiya məsələləri və s. bağlı ixtisaslaşmış hüquqi konsaltinq xidmətləri göstərir. Şirkətin Bursada və İstanbulda, həmçinin Antalyada iş və çözüm ortaqları, etibarlı, güvənilir tərəfdaş və partnyorları vardır. Şirkətdə zəngin təcrübəli və müsbət reputasiyalı hüquqşünaslar çalışırlar. Xüsusilə mürəkkəb məsələlər yarandıqda Türkiyənin ən yaxşı vəkillərinin cəlb edilməsi imkanları vardır. Əməkdaşlıq etdiyimiz mütəxəssislər arasında həmçinin maliyyə məsləhətçiləri, iqtisadçılar, mühasiblər, inşaatçılar, memarlar və başqa professionallar da vardır. Zəngin təcrübəli partnyor və tərəfdaşlarımızın olması müştərilərin daşınmaz əmlakla bağlı həm ticari, həm də fərdi istənilən problem və istəklərini ən qısa müddətdə, operativ həll etməyə imkan verir.
 
- Şirkətinizin fəaliyyət arenası barədə mümkündürsə ətraflı məlumat verərədiniz.

- Şirkətimizin fəaliyyət arenasına aşağıdakı sahələr daxildir - Türkiyənin daşınmaz əmlak bazarı və konkret bölgənin yaşayış, həmçinin kommersiya durumu ilə tanışlıq üçün turizm səfərlərinin təşkili, konkret daşınmaz əmlak alınması təklifinin gerçəkləşdirilməsi və müştərinin istəklərinə və tələbinə uyğun mülk aşkar olunması, alınmağa qərar verilmiş mülkün dəyərinin və inşaat durumunun, keyfiyyətinin araşdırılması, gərəkdikdə, özəl və ixtisaslaşmış, dövlət qeydiyyatlı şirkətlər tərəfindən qiymətləndirilməsinin həyata keçirilməsi, alınmağa qərara verilmiş mülkün sənədlərinin hüquqi təftiş olunması, həmçinin rəsmiləşmə üçün tələb olunan sənədlərin toplanması və rəsmiləşmənin müşayiət olunması, mülk alınmasından ötrü pulun transfer olunacağı bankda hesab açılması və bununla bağlı, həmçinin digər bank xidmətlərinin gerçəkləşdirilməsi üçün lazımi köməkliklərin göstərilməsi, konkret biznes planların təklif olunması, investisiya yatırılması ilə bağlı olan məsləhətlərin verilməsi, rəylərin hazırlanması və digər müfaviq xidmətlərin göstərilməsi, miqrasiya ilə bağlı məsləhətlərin verilməsi, gərəkdikdə sənədləşmə işlərinin həyata keçirilməsinə köməklik göstərilməsi, alınmış mülkün yaşayış üçün tələb olunan işlərinin görülməsi (elektrik, su, qaz, telefon, internet məsələlərinin həlli) və mülkün kirayəyə verilməsinin,yaxud idarə olunmasının təşkili və s.
 
- Habil müəllim, Türkiyədə əcnəbilərin mülk alması ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər barədə də məlumat verərdiniz.
 
- 18 may 2012-ci il tarixdə Türkiyə Büyük Millət Məclisi 6302 saylı Kanun qəbul edərək Türkiyənin 2644 saylı “Tapu Kanunu”nun 4 maddəsinə dəyişiklik etdi və bunlardan 3-ü may ayında, 4-cüsü – əcnəbi şəxslərin Türkiyədə mülk almasına və öz adına rəsmiləşdirməsinə imkan verən dəyişiklik isə həmin ilin avqust ayında qüvvəyə mindi. Həmin qanun dəyişikliyinə qədər, Türkiyə vətəndaşlarına öz ölkəsində mülk almağa icazə verməyən dövlətlərin vətəndaşlarına Türkiyədə mülk almağa icazə verilmirdi. Lakin, geniş iqtisadi,xüsusilə turizm dövriyyəsi olan və Avropanın kredit boyunduruğundan qurtulan Türkiyə dövləti daxili bazarın inkişafı, iqtisadiyyatın güclənməsi, insanların rifah halının yüksəldilməsi üçün və sair iqtisadi, siyasi faydaları göz önünə alaraq “mütekabiliyet yasa”sı(“qarşılıqlılıq qadağası”) deyilən bu qadağanı aradan qaldırdı və xarici sərmayənin ölkəyə axını üçün hüquqi baza yaratmış oldu. Hal-hazırda 183 ölkə vətəndaşının,o cümlədən Azərbaycan, Gürcüstan, Rusiya, Orta Asiya Respublikaları, Ukrayna, ərəb ölkələri, Rusiya, İran və s. ölkə vətəndaşlarının Türkiyədə mülk almaq hüququ tanınır. Qanunla qoyulan məhdudiyyətlər çərçivəsində xarici ölkə vətəndaşlığı olan hər bir fiziki şəxs istənilən növdə daşınmaz əmlak - mənzil,ofis,mağaza, torpaq, əkin sahəsi,tarla və s. ala bilərlər.
 
- Mülk alınmasının rəsmiləşdirilmə yolları barədə nə deyə bilərsiniz?

- Türkiyədə qüvvədə olan qanunvericiliyə görə, daşınmaz əmlakın alqı-satqısı “Tapu və Kadastro Müdürlüyü” adlanan, vilayət və rayon statuslu hər bir inzibati-ərazi bölgüsündə qurulmuş qeydiyyat orqanlarında aparılır. Yəni bizdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin gördüyü funksiyanı orada “Tapu və Kadastro Müdürlük”ləri həyat keçirirlər. Tapu müdirliyində tərəflər rəsmi sənəd – sözləşmə imzalayırlar və bu, həmçinin şəxsin mülkiyyət hüququları həmin tapu müdirliklərdə qeydə alınır. Alqı-satqı nəticəsində alıcı şəxsə bizdəki çıxarışın oxşarı olan “Tapu” sənədi verilir. Əgər mülk satıcıdan,yəni fiziki və ya hüquqi şəxsdən,inşaat şirkətindən müddətli ödəniş şərti ilə alınırsa, bu zaman notarius orqanında “satış vaadi sözləşməsi” (satış vədi müqaviləsi) bağlanılması mümkündür. Ödəniş bitdikdən sonra tərəflər Tapu Müdirliklərinə gedərək alqı-satqı işlərini tamamlayırlar. Ümumiyyətlə, daşınmaz əmlakla bağlı “Tapu və Kadastro Müdürlüyü”ndə qeydə alınmayan sözləşmə və anlaşmalar etibarlı hesab edilmir.
 
- Türkiyədə əcnəbilərin daşınmaz əmlak əldə etməsinin hədlərini müəyyən edən məhdudiyyətlər vardırmı və bu məhdudlaşdırmalar nədən ibarətdir?

- Bir sıra ölkələr vardır ki, onların Türkiyədə mülk almasına izn verilimir. Bunlar Suriya,Ermənistan,Şimali Koreya, Kuba və Nigeriyadır.Digər bir qrup ölkə vətəndaşı vardır ki,onların ala biləcəkləri əmlak sayına məhdudiyyət qoyulmuşdur.Bunlar Çin,Danimarka,Şərqi Timor, İsrail, İordaniya, Fiji vətəndaşlarıdır. Bu ölkələrin vətəndaşları yalnız 2 mənzil, bir iş yeri(ofis,dükan və s.) ala bilərlər. Bəzi ölkə vətəndaşları üçün məkan məhdudiyyəti qoyulmuşdur. Belə ki, Rusiya və Ukrayna vətəndaşlarına Qara dəniz sahillərində olan vilayətlərdən,Yunanıstan vətəndaşlarına isə Egey dənizi sahillərindəki vilayətlərdən mülk almağa izn verilmir. Həmçinin bəzi ölkə vətəndaşları mülk almaq üçün həm daxili, həm də xarici işlər nazirliklərindən izn almalıdırlar. Azərbaycan vətəndaşlarının Türkiyədə mülk almasına qeyd etdiyim qadağanlardan heç biri tətbiq olunmur. Qanunvericiliyin müəyyən etdiyi ümumi qadağalar vardır ki,bunlar aşağıdakılardan ibarətdir: 1) əcnəbi vətəndaş bütün Türkiyə ərazisində 30 hektardan(300.000 kvadrat metr)artıq torpaq sahəsi ala bilməz.Bundan artıq ala bilməsi üçün Türkiyədə bir şirkət quraraq şirkətin adına rəsmiləşdirə bilər, 2) əcnəbi şəxsin hərbi bölgələrdən(askeri yasak bölgeler) və bu bölgələrə yaxın səmtlərdən və təhlükəsizlik bölgələrindən(güvenlik bölgeleri) daşınmaz əmlak almalarına və yaxud qeyd edilən bölgələrdəki ərazilərdən daşınmaz əmlakı kirayə götürmələrinə icazə verilmir,3) bir rayonda xüsusi mülkiyyətdə olan torpaq sahələrinin ümumi ölçüsünün 10%-dən artığı əcnəbilərə satıla bilməz. Rayona Türkiyədə “ilçə” deyilir,bu da inzibati-ərazi vahidlərindən biridir,ölçüləri bizim rayonların,yaxud Bakının rayonlarının ölçüləri boyda olur təxminən, 4)torpaq alan şəxs iki il içində həmin torpaqda işlər görməli,yəni torpağın təyinatına uyğun şəkildə istifadəsini gerçəkləşdirməli, yaşayış ,ticarət obyekti və s. tikilməsi ilə bağlı təyinatını həyata keçirməli,yaxud gerçəkləşdirmək üçün lazımi hərəkətləri etməli, rəsmi orqanlara layihə təqdim etməli,müvafiq sənədlər toplamalıdır və s.
 
- Habil müəllim, mülk alınarkən tələb olunan sənədlər barədə nə deyə bilərsiniz?

- Əcnəbi şəxs mülk alarkən tələb olunan sənədlərin dairəsi Türkiyənin qanunvericiliyi ilə konkret müəyyən edilmişdir. Hal-hazırda bunları burada sadalamağın yeri deyil. Yaxın vaxtlarda şirkətimizin mulkinvest.com internet saytı fəaliyyətə bağlayacaqdır. Həmin sənədlər,həmçinin rəsmiləşdirmə prosedurları ilə bağlı burada ətraflı məlumatlar veriləcək,o cümlədən oxucuları maraqlandıran faydalı məlumatlar təqdim olunacaqdır.
 
- Habil müəllim, Türkiyədə daşınmza əmlak almaq istəyən vətəndaşlarımıza nə tövsiyə edərdiniz.

- Türkiyədə mülk almaq istəyən vətəndaşlarımıza aşağıdakılara diqqət yetirmələrini istərdim.
 
1) Ən əvvəl,Türkiyədə daşınmaz əmlak almaq istəyərkən mütləq mütəxəssis xidmətindən istifadə olunmasını tövsiyyə edirəm həmvətənlərimə. Hüquqi savadı, daşınmaz əmlakla bağlı bilikləri olan, maliyyə-bank məsələlərini bilən,həmçinin Türkiyənin siyasi, iqtisadi,mənəvi-dini,əxlaqi dəyərlərinə bələd olan şəxslərin məsləhəti olmadan ev almağa baş vurmasınlar. Çünki, eyni şəhərin müxtəlif hissələrində fərqli dünyagörüşü, baxışları olan insanlar yaşayır, ev alarkən səmtin, məhəllənin, rayonun, şəhərin kriminal durumu, sabit bölgə olması, insanlarının ümumi davranış xüsusiyyətləri araşdırılmalıdır. Bu, əcnəbi vətəndaş üçün olduqca önəmli məsələdir. Ev almaq istəyən şəxs qeyd etdiyim halları oncədən bilə bilməz, bunun üçün Türkiyəni, konkret şəhəri tanıyan birisi olmalıdır. Daha sonra,ev alınmasından öncə evin inşaat keyfiyyəti, özəllikləri, dəyəri, gələcəkdə satıla bilməsi imkanları və s. bağlı müəyyən məlumatların toplanması zərurəti vardır ki,bunu da yalnız daşınmaz əmlak fəaliyyəti ilə məşğul olan,bu sektorun içərisində olan şəxslər bilə bilərlər. Həmçinin rəsmiləşmə ilə bağlı minumum hüquqi biliklərin olması tələb olunur. Ən əsası isə, müştərinin məsləhətçisi onun güvəndiyi,etibar etdiyi bir şəxs olmalıdır. Çünki insan başqa bir məmləkətdə mülk alınmasını ona etibar edir,sirlərini onunla bölüşür və s. Məsləhət budur ki, bu cür işlərdə etibarlı və güvənli olmayan,işini bacarmayan şəxslərin və şirkətlərin xidmətlərindən istifadə olunmasın. Biz praktikadan bilirik ki,qeyd etdiyim tövsiyyələrə riayət olunmaması sonralar bir şox problemlərə gətirib çıxarar ki,bunları da həll etmək mümkün olmur.
 
2) daşınmz əmlak üzərində ipotekanın olması,yəni banka girov qoyularaq kredit götürülməsi, mülkün həbsdə olması məsələlərini aydınlaşdırmadan behləşməmək və alqı-satqı vədi sözləşməsinə getməmək. Qeyd etdiyim məsələlərin, həmçinin mülk üzərində digər yükümlülüklərin olması,yaxud alqı-satqıya mane olan halların olub-olmaması aidiyyəti Tapu Müdirliklərindən öyrənilir.
 
3) əcnəbi şəxsin mülk alması üçün oturum izninin olması şərt deyil.Bir çox əcnəbilər bu yola aldadılaraq əlavə xərc çəkməyə məruz qalırlar.
 
- Yaxın günlərdə Türkiyədə olacaq daşınmaz əmlak sərgisinə qatılımçı kimi iştirak edəcəksiniz. Bu tədbir barədə oxucularımızı məlumatlandıra bilərsinizmi?
 
- 9-12 aprel 2015-ci il tarixdə Bursada "Uluslararası Fuar ve Kongre Merkezi"ndə,hansı ki, Türkiyənin 2-ci böyük sərgi salonudur, Bursa İnşaat və Daşınmaz Əmlak Sərgisi keçiriləcəkdir. Sərgi 4 ayrı salon ve foye olmak üzrə toplam 25.000 m2 sahədə bölgənin sektör liderlerini eyni çatıda bir araya gətirəcəkdir. Sərgiyə 40 min ziyarətçinin gəlməsi gözlənilir.

Sərgidə inşaat malları, tikintiyə aid məhsul və materiallar, həmçinin inşaat firmalarının tikdikləri layihələr maket şəklində ziyarətçilərə təqdim olunacaqdır.Sərgiyə həmçinin Bursanın daşınmaz əmlak firmaları da qatılacaqlar və bu, inşaat firmaları ilə daşınmaz əmlak firmalarının Bursada bir yerdə qatıldığı ilk böyük bir tədbirdir. Etibarlı partnyorları və tərəfdaşları, çözüm ortaqları ilə əcnəbilərə Türkiyədə daşınmaz əmlak xidmətləri göstərilməsində ixtisaslaşmış, direktoru olduğumuz "MULK-İNVEST" şirkəti sərgidə qatılımçı olaraq iştirak edən yeganə xarici firmadır. Şirkət sahibi olaraq Azərbaycanda və digər ölkələrdə yaşayan, çalışan dostlarımızı və həmvətənlərimizi həmin sərgiyə dəvət edirik. Sərgi həm inşaat və tikinti sahəsində çalışanlar, həm daşınmaz əmlak xidməti göstərənlər, həm də Türkiyədə mülk almaq, burada sərmayə yatırmaq fikrində olanlar, həmçinin inşaat sektorunda biznes qurmaq istəyənlər üçün olduqca maraqlı bir tədbir olacaqdır. "MULK-İNVEST" şirkəti olaraq sərgiyə ziyarətçi kimi qatılmaq istəyənlər üçün hər cür köməklik göstərməyə və dəstək verməyə hazırıq. Sərginin təşkilatçılarından biri olan Bursa Ticaret Senaye Odası, həmçinin çozüm ortağımız olan "DOĞU-BATI GROUP” Yatırım və Turizm şirkəti bizə bu işin təşkilində hər cür dəstək verəcəyini bildirmişdir. Məlumat üçün bildirirəm ki, Bursa özünün füsunkar təbiəti və yaşıllığı, dənizi,qış və yay turizm məkanları,sənayesi və oturuşmuş infrastrukturu,problemsiz nəqliyyatı və kommunal sistemi,tarixi yerləri və abidələri,alış-veriş mərkəzləri, dağı və bağı,parkları, gözəl və səmimi sakinləri ilə Türkiyənin, zənnimcə, ən gözəl yerlərindən biridir. Burada İstanbulun saatlarla uzanan tıxacları, həmçinin Antalya və digər cənub turizm məkanlarının min cür fərqli insanları ilə qarışmış qalabalığı yoxdur, şəhər kriminogen vəziyyətinə görə də digər bölgələrdən daha əmindir, daha sakitdir, həmçinin tam bir ailə şəhəridir.
 
- Türkiyədə mülk almaq istəyən,yaxud daşınmaz əmlakla bağlı məsləhətə, hüquqi xidmətə ehtiyacı olanlar sizinlə necə əlaqə qura bilərlər?
 
- Şirkətin Bakıdakı ünvanı Nərimanov rayonu, Aşıq Alı küçəsi 2, mənzil 1-dəki ofisimizdir. Yaxın zamanlarda yeni bir ünvana köçməyi düşünürük ki,bu barədə də müştərilərimizi məlumatlandıracağıq. İstanbul və Bursada çözüm ortaqlarımızın ofislərindən istifadə edirik. Çalışıram ki, istəyi və problemi olan şəxsləri özüm qəbul edim və dinləyim.Çünki bu olduqca mühüm və ciddi bir məsələdir. Xarici ölkədə daşınmaz əmlak əldə edilməsi kompleks hüquqi, maliyyə və əmlak xidmətlərini özündə cəm edən bir ticari əməliyyatdır, ortada insanların malı-mülkü olur və bunu hər bir işçiyə və ya iş ortağına həvalə etmək olmaz. Tez-tez xaricdə səfərlərdə olduğum üçün müraciət etmək istəyənlər info@mulkinvest.com email adresi ilə ofisimizə müraciət edə bilərlər və görüş vaxtını təyin etdirə bilərlər. Həmçinin 0703152507(Azərbaycan), +905534191601(Türkiyə) nömrələri ilə mənə zəng vura və ya mesaj göndərə, “WhatsApp” əlaqə vasitəsilə xəbər, təklif, istək göndərə bilərlər.Yaxud öncədən istəyini və şəxsi məlumatlarınıhabilbaba01@gmail.com email adresimizə göndərdikdən sonra habil.advokat skayp adresimə mesaj göndərə və mesaj qəbul edildikdən sonra mənimlə zəngləşə bilərlər. Müştərilərlə münasibətlərimizi maksimum dərəcədə qarşılıqlı anlaşma, səmimilik, düzgünlük, etibarlılıq, haqq və hüquqlara riayət olunması, şəxsi və kommersiya sirrinin qorunması prinsipləri əsasında qurmağa çalışırıq.Münasibətləri müqavilə, sözləşmə ilə rəsmiləşdirməyə çalışırıq, bəzi insanlar münasibətlərin yazılmasından çəkinməyə çalışsalar da bilməlidirlər ki,əslində bu onların hüquqlarının qorunmasının təminatıdır.