Bakı şəhər sakinindən xeyli miqdarda heroin götürülüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Surac Əliyevdən 320,5 qram heroin götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mənbə
ANS PRESS