APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.“Ümid edirəm ki, Suriya ilə bağlı Moskvada keçirilən görüşdə irəliləyiş əldə olunacaq”
S. Lavrov Suriyadakı böhranın aradan qaldırılması üçün siyasi platforma axtarışının vacibliyi ilə daha çox müxalif qrupların razılaşdığını alqışladığını bildirib.
“Ötən görüşdə razılaşdırılan prinsiplər əsasında hansısa əlavə anlaşmalar əldə olunacaq”, - deyə o vurğulayıb.
Milli.Az