Samuxda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirilib
Samux, 8 aprel, Sabir Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Samuxda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirlik aparatının, onun strukturlarının, “Aqrolizinq” ASC-nin, Aqrar Elm Mərkəzinin, kənd təsərrüatı üzrə elmi tədqiqat institutlarının, Samux, Göygöl, Şəmkir, Tovuz, Qazax, Gədəbəy və Ağstafa rayonlarında fəaliyyət göstərən kəndli-fermer təsərrüfatları rəhbərlərinin və bu sahədə çalışan mütəxəssislərin iştirakı ilə keçirilən müşavirədə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrlə bağlı görülən işlər təhlil edilib. Aqrar sahənin səmərəliliyinin yüksəldilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatının intensiv metodlarla inkişafının təmin edilməsi, idxaldan asılılığın azaldılması, məhsuldarlığın, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması və digər istiqamətlərdə müzakirələr aparılıb.
Müşavirədə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Tanrıverdi Tanrıverdiyevin bölgədə möcud vəziyyətlə bağlı hesabatı dinlənildikdən sonra Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının, həmçinin nazirliyin strukturuna daxil olan idarə və elmi tədqiqat institutları nümayəndələrinin “Bitkiçilik sektorunun mövcud vəziyyəti və gələcək inkişafı üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili”, “Zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkilinin əhəmiyyəti”, “Texniki təminatın yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər”, “Tərəvəz əkinləri və onlara aqrotexniki qulluq işlərinin təşkili” kimi mövzularda məruzələri dinlənilib.
Sonra mütəxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Regionda bitkiçiliyin vəziyyəti, inkişaf perspektivləri və mövcud problemlərlə bağlı yerli icra hakimiyyəti orqanları nümayəndələrinin məlumatları dinlənildikdən sonra müşavirə iştirakçıları Samuxda becərilən taxıl sahələrinə baxış keçiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33