Bakıda “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forum işə başlayıb
Bakı, 8 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə aprelin 8-də Bakıda, Gənclər Evində “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Avropa gənclər paytaxtları seçilmiş ölkələrin təcrübəsinin öyrənilməsindən, “Gəncə-2016 - Avropa Gənclər Paytaxtı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üzrə fəaliyyət planının təqdim edilməsindən, yerli və xarici gənclər təşkilatları arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafından ibarətdir.
Forumda Avropa Gənclər Forumunun nümayəndələri, Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Gürcüstanın gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
ARGTMŞ-in baş katibi Seymur Hüseynov, ictimaiyyətlə əlaqədar departamentinin rəhbəri Pərvin Piriyev və Moldova Gənclər Milli Şurasının prezidenti, eyni zamanda, Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Doru Kroşu çıxış edərək Gəncənin 2016-cı il üçün Avropa gənclər paytaxtı olması ilə əlaqədar görüləcək işlərdən danışıb, bu sahədə xarici təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihə çərçivəsində müxtəlif mövzulara dair sessiyalar keçiriləcək, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” ilə bağlı həyata keçirilən və görüləcək işlər müzakirə olunacaq.
Sonra təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, Avropa gənclər paytaxtlarının nümayəndələrinin tövsiyə və təklifləri dinlənilib.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təqdimat da keçirilib.
Forum çərçivəsində ARGTMŞ-in üzvü olan gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə plenar iclaslar və işçi qruplar təşkil olunacaq.
Tədbir işini aprelin 9-da 2016-cı il üçün Avropa gənclər paytaxtı seçilən Gəncədə davam etdirəcək.
Avropa gənclər paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən təsis olunub. Titulun təsis olunduğu 2009-cu ildən bəri hər il bir şəhər Avropa gənclər paytaxtı seçilir. Həmin şəhər bir il ərzində qitə miqyaslı bir çox beynəlxalq tədbirə ev sahibliyi edir. Bu günədək Rotterdam, Turin, Antverpen, Praqa, Maribor, Saloniki və Kluj-Napoka şəhərləri Avropa gənclər paytaxtı seçilib.
Gəncə 2014-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən təntənəli tədbirdə 2016-cı il üçün Avropa gənclər paytaxtı seçilib. Bu, Gəncənin bir çox mühüm tədbirə ev sahibliyi etməsinə və Azərbaycanın Avropa gənclərinin diqqət mərkəzində olmasına imkan yaradacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33