Bakı, 8 aprel, AZƏRTAC
Dünya Güləş Birliyi (DGB) 2015-ci ilin martında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 5 idmançımızın adı var.
Reytinqdə Mariya Stadnik (48 kq) 2-ci, Alyona Kolesnik (55 kq) 6-cı, İrina Netreba (58 kq) 11-ci, Yuliya Ratkeviç 5-ci və Nataliya Sinişin (hər ikisi 60 kq) 14-cü pillədə yer alıblar.