Onun sözlərinə əsasən, TAP layihəyə əlavə strateji dəyər gətirə biləcək yeni səhmdarlar üçün açıqdır.
L.Givert qeyd edib ki, TAP Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsindən qazın Yunanıstan, Albaniya və ardından İtaliyaya nəqlinə istiqamətlənib: "TAP mümkün əlavə həcmlərin nəqli ilə bağlı işdə Aİ-nin normalarına və müvafiq icazələrə üstünlük verəcək".
Milli.Az