Bakı, 8 aprel, AZƏRTAC
İstehsalçılar yaxın gələcəkdə məhsullarını nanopestisidlərlə qoruya biləcəklər. Saç telindən də kiçik olan, ancaq daha geniş sahəyə yayılan bu damlacıqlarla pestisidlərin istifadəsinin azalması planlaşdırılır.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, amerikalı alimlər nanopestisidlər üzərində çalışırlar. Məhsulların müqavimətini artırmaq və pestisidlərin istifadəsini azaltmaq kimi üstünlükləri olan nanopestisidlərin zərərvericilər üzərindəki təsiri də digər dərmanlara görə daha çox və daha uzun müddətlidir. Bir nanopestisid parçası böyük bir sahəni əhatə edə bilir. Hazırda istifadə edilən pestisidlərlə eyni kimyəvi maddələri daşıyan nanopestisidlərin ölçüsü min qat daha kiçikdir. Bu sahədə araşdırmalar davam etdirilir.