Mobil rabitə operatorları arasında arabağlantı tarifləri ilə bağlı qərar bu ay qəbul ediləcək
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bu sahədə tənzimləmə işlərinin ölkədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirildiyini qeyd edib.
“Ötən həftə “Azerfon” və “Azercell” şirkətlərinin müraciətləri daxil olub. Nazirlikdə bununla bağlı görüşlər keçirilib və artıq arabağlantı münasibətlərinin ortaq nöqtəyə gətirilməsi üçün təkliflər hazırlanıb. Yaxın zamanda, hətta mən düşünürəm bu ay ərzində, bu məsələ ilə bağlı qərar qəbul ediləcək”, - deyə nazir müavini bildirib.
Arabağlantı tariflərinin tənzimlənməsi ilə bağlı "Azərfon" şirkətinin baş direktoru Kent Maknili bildirib ki, abunəçilər tərəfindən rəqib operatorların şəbəkəsi ilə hər gün dəqiqələrlə danışıqlar həyata keçirilir.
"Biz, əlbəttə, bir problem olmasını istəmərik. Burada keyfiyyətdən çox şey asılıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu məsələdə bizə dəstək olur. Əminəm ki, yaxın vaxtlarda məsələ həllini tapacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, “Azerfon” şirkəti yerli mobil rabitə bazarında yeni işə başladıqda bazarda bərabər şərtlərlə rəqabət aparması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorları arasında asimmetrik arabağlantı tarifləri tətbiq etmişdi.
Aynur Vəliyeva
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18