[ 08 Aprel 2015 11:09 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzerLight” markalı neftin bir barelinin qiyməti 6,00% və ya 3,42 dollar artaraq 60,43 dollar olub.