Meksikanın Xalisko ştatında polis konvoyu hücuma məruz qalıb. Bir qrup narkotik dəstə üzvləri hücum planını irca etmək üçün yolda pusqu qurublar.

ANS PRESS-in məlumatına görə, polis avtomobilləri pusqunun olduğu əraziyə çatanda silahlıların atəşinə məruz qalıb.

Hücum nəticəsində azı 15 polis əməkdaşı öldürülüb, 5 nəfər isə yaralanıb. Silahlılar daha sonra polis avtomobilini yandırıblar.

Bu, Meksikada 2010-ci ildən sonra polisə qarşı edilən ən böyük hücumdur.

2010-ci ildə Miçoakan ştatında törədilmiş oxşar hadisə nəticəsində 12 polis əməkdaşı öldürülmüşdü.
Mənbə
Associated Press