Qızı Yəməndə qalan qadın ANS-ə danışdı (VİDEO)
Ahıl qadın Yəməndə qalan qızı və nəvələrinə görə narahatdır. Validə Rəhimzadə söyləyir ki, qızı Nazilə əslən yəmənli həyat yoldaşı və iki qızı ilə birgə 23 ildir ki, Sənada yaşayırmış. Ailə həyatı qurduqdan sonra Yəməndə yaşamağa qərar veriblər. Lakin indi ölkədəki müharibə vəziyyəti ailəni çətin duruma salıb. Azərbaycanlı ailənin həyatı təhlükədədir, sonuncu dəfə telefon əlaqəsi saxladığında qızı bildirib ki, gündüzlər sakitlik olsa da, gecə şəhər bombardman edilir. Sənada kommunal problemlər var, elektrik enerjisi kəsilib.
Validə Rəhimzadə dünən qızına zəng etdiyini deyir: "Qızdan soruşdum ki, gəlmək istəyirsən? Cavab verdi ki, "hə". Atalarına görə orada qalıblar".
Hazırda Sənada yaşayan Nazilə Rəhimzadənin sənədləri qaydasında deyil. Üstəlik yəmənli həyat yoldaşı Bakıya gəlmək istəmir. Ata həmçinin qızları Rim və Səbinənın Azərbaycana gəlməsinə icazə vermir.
Validə xanım söyləyir ki, ailənin Yəməndən təxliyyə edilməsi üçün səfirliyə müraciət edib. Sonuncu dəfə bildirilib ki, Türkiyə Ərəbistandakı səfirliyini bağlayıb. Lakin Rusiya səfirliyi vasitəsilə ailə Sənadan təxliyyə oluna bilər.
Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə ANS-ə bildirdi ki, həmin ailə ilə əlaqə saxlanılıb. Təxliyyə olunmaq istəyirlərsə, dərhal müraciət etsinlər.
“Sözügedən ailəyə bizim vətəndaşlar bildiriblər ki, təxliyyə olunmaq istəyirsinizsə, o zaman Türkiyə və ya Rusiya tərəfdən qeydiyyatdan keçin. Onlar tezliklə qeydiyyatdan keçəcəklərini desələr də sonradan telefona cavab verməyiblər, telofonu söndürüblər. Eyni zamanda onlara ünvanlanan mesajlar belə cavabsız qalıb. Onlara biz öncədən də xəbərdarlıq etmişdik”.
Bu arada Yəməndən Türkiyə səfirliyi vasitəsilə təxliyyə olunaraq İstanbula gələn 7 azərbaycanlının Bakıya gəlməsində problem yaranıb. Həmin şəxslərdən biri Fuad İmamquliyev ANS-ə bildirdi ki, münasib qiymətə bilet ala bilmirlər.
Azərbaycanın İstanbulda baş konsulu Həsən Zeynalov isə ANS-ə bildirdi ki, onlara bilet ala bilməmələri barədə heç kim müraciət etməyib. Müraciət edəcəkləri təqdirdə konsulluq onlara köməklik etməyə hazırdır.
Mənbə
ANS TV: İlkin Kərimov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33