Ərdoğandan İran prezidentinə: "Açıq şəkildə deyirəm..."
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyədən İrana ixrac 4 milyard, İrandan Türkiyəyə isə 10 milyard dollardır. Türkiyə prezidenti bu göstəricinin çox aşağı olduğunu qeyd edib:
"İki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyirik. Hazırda İranın təbii qaz istehsalının 95%-ni biz alırıq. Ancaq açıq şəkildə deyirəm ki, İrandan aldığımız qaz tarifləri çox bahadır. Qazın qiyməti aşağı salınarsa, biz də daha çox qaz alarıq. Vətəndaşlarımıza ucuz qiymətə qaz verə bilmək üçün İranla birlikdə çalışmalıyıq. İrandan aldığımız elektrik enerjisini də nəzərə alarsaq, iki ölkə arasında enerji sektorunda ciddi tərəfdaşlıq olduğunu görərik".
Ərdoğan Türkiyə və İran arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyin vacibliyini vurğulayıb: "Biz burdan səslənsək İrana səsimizi çatdıra bilirik. Baxın, Ankaradan Tehrana 2 saata gəldik. İki ölkə arasında bürokratik problemlər var idi. İndi bunları həll etmişik. Biz İranla turizm potensialını inkişaf etdirmək istəyirik. Öz təcrübəmizi İranla paylaşmaq istəyirik. Türkiyədə 12 il əvvəl turist sayı 13 milyon idi, bu gün isə bu rəqəm 40 milyona çatıb. Biz iqtisadiyyatda iki ölkə arasında yerli valyutadan istifadə etməliyik. Xarici valyutaların təzyiqində qalmaq istəmirik. Bunun üçün lazımı addımlar atılmalıdır. ", - deyə prezident vurğulayıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33