"Saxo Bank": Qızılın qiymətində müşahidə olunan ucuzlaşma uzun müddət davam etməyəcək
O zaman, bazarda qızıla tələbatın artması birbaşa olaraq Yunanıstanın müflisləşməsi və tezliklə Avrozonanı tərk edəcəyi ilə bağlı xəbərlər nəticəsində yaranmış böhranla bağlı olub.
Bazar iştirakçıları öz sərvətlərini bazarda baş verəcək hər hansı dəyişiklik nəticəsində mümkün zərərdən sığortalamaq üçün təhlükəsiz (etibarlı) investisiya vasitəsi kimi tanınan qızıl ilə qızğın sövdələşmələrdə iştirak edirdilər. Qiymətli metala olan tələbin artması qızılın qiymətinin indiyədək görünməmiş həddə qərarlaşmasına səbəb olub.
Lakin 2011-ci ildən sonra qızılın qiymətində bu cür bahalaşma müşahidə olunmasa da, qızıla yatırım etməyin üstünlükləri var. İnvestisiya portfelində qızıl əsasən digər aktivlərdə olan itkilərdən sığortalanmaq üçün istifadə edilir. Belə ki, qızıl bazarı səhm və digər aktivlərdən heç bir asılılığı olmadan, müstəqil şəkildə tənzimlənir. Bu isə qızılı qiymətli kağızlar bazarında enmə olarkən investorlar üçün daha da cəlbedici edir. Həmçinin, ABŞ dolları dəyər itirdikdə qızıl adətən bahalaşır. Balanslaşdırılmış portfeldə 5-10% həcmində qızıl investisiyalarına pay ayrılması məqsədəuyğun hesab olunur.
Qızıl ticarəti bir çox müxtəlif formalarda həyata keçirilə bilər. Bunlardan ən geniş yayılmışı fiziki qızılla, yəni qızıl külçələrlə olan sövdələşmələrdi. Lakin bu cür sövdələşmələrin bir mənfi cəhəti odur ki, investor yalnız qiymətlərin artması nəticəsində gəlir əldə edir. Qızıl sövdələşmələrində iştirak etmək üçün getdikcə məşhurluq qazanan vasitələrdən biri qızıl CFD (qiymət fərqinə dair müqavilə) müqavilələrinə yatırım etməkdir. Bu cür müqavilələrin əsas üstünlüyü ondadır ki, qızıl bazarında artım və ya enmədən asılı olmayaraq müşahidə olunan istənilən dəyişiklikdən gəlir əldə etmək olur.
Qızıl CFD-ləri investorlara baza aktivinə malik olmadan bazarda mövqe tutmaq və sövdələşmələrdə iştirak etmək imkanı yaradır. Qızılın qiymətinin qalxacağını və enəcəyini öncədən proqnoz edərək investor gəlir əldə edə bilər. Qızıl CFD-lərin məşhurluq qazanmasının başlıca səbəbi odur ki, bu müqavilələr sayəsində rahatlıqla qiymət artımı zamanı “uzun” mövqedə və qiymətlərdə enmə olarkən “qısa” mövqedə çıxış edərək gəlir əldə etmək mümkündür.
"Saxo Bank"ın analitikləri hesab edirlər ki, qızıl külçələri uzunmüddətli investisiya yatırımı üçün hər zaman üstünlüklərə malikdir. Belə ki, qızıl zaman keçdikcə öz dəyərini qoruyub saxlayır və inflyasiyaya qarşı hecləşdirmədə geniş şəkildə istifadə olunur. Qızıl CFD-lərinin fiziki qızıl ticarəti ilə müqayisədə üstünlüyü maddi aktivlə müqayisədə daha az həcmdə sövdələşmə və qısamüddətli qiymət dəyişmələrindən faydalanmaq imkanı verməsidir.
"Qızıl sövdələşmələrinin daha bir üstün cəhəti valyuta dəyərinin qeyri-sabitliyindən sığortalanmaq üçün istifadə olunmasıdır. Güclənməkdə olan iqtisadi bərpa prosesinin fonunda möhkəmlənən ABŞ dolları bu baxımdan qızıla olan tələbi azaltsa da, qızıl vasitəsilə daha çox gəlir əldə etmək mümkündür. Bu əsasən dünya üzrə ehtiyatların izafiliyi şəraitində istiqraz kimi ənənəvi təhlükəsiz aktivlərin azlığı və bazarlarda mənfi faiz dərəcələri ilə çıxış etməsi ilə bağlıdır", - deyə Bankın məlumatında bildirilir.
“Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen qeyd edir ki, son zamanlar qızılın qiymətində müşahidə olunan ucuzlaşma uzun müddət davam etməyəcək və yeni investisiya yatırımları üçün qızıl ən aktual aktivlərdən biri olaraq qalır: ”Hazırda biz ABŞ-ın inkişafının zəifləməsi nəticəsində inkişaf etməkdə olan bazarlarda iqtisadi artımın 2015-ci ilin IV rübündə sürətlənəcəyi və 2016-cı ilin ilkin vaxtlarında möhkəmlənəcəyi dövrə keçid yaşayırıq. Lakin inkişaf etməkdə olan bazarlar böyük həcmdə ABŞ dollarında olan borc, əmtəə qiymətlərinin ucuzlaşması və Avropanın qlobal inkişafda yeni istiqamət yaratmaq üçün zəif olması şəraitində bir çox çətinliklərlə qarşılaşır. Qızılın qiymətinin gedişatından asılı olmayaraq qızıl hər zaman balanslaşdırılmış investisiya portfelində vacib strateji rol oynayacaq və öz parıltısını itirməyəcək".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05