"Nikahımız rəsmiləşəndə sevinmişdik, özümüzü ən bəxtəvər insanlar saymışdıq. İndisə səadətimizin həddi-hüdudu yoxdur. Çünki artıq valideynik".
İngiltərənin Surrey qraflığında yaşayan Lyuk Harris Deril Li eynicinsli nikahda olan homoseksuallardır.
 
Üç ay əvvəl onlar valideyn olublar: surroqat ananın dünyaya gətirdiyi övladın atası Lyuk Harrisdir.
 
İndisə "mavi" cütlüyün artıq iki övladı var və onlar üçüncü uşaqlarının doğulacağı günə az qaldığını deyirlər.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, cütlüyün ilk övladını, Feniks Blyu adlı oğlanı surroqat ana bu il yanvarın 14-də doğub. Fevralın 25-də isə Uillou-Star adlı qız doğulub.
 
51 yaşlı kompüter mühəndisi Harris və onun "həyat yoldaşı", 41 yaşlı stomatoloq Linin dediklərinə görə, bir neçə ayın ərzində artıq iki övlad valideyni olmaq böyük xoşbəxtlikdir.
 
Feniksin surroqat anası Bekki Harris, Uillou-Starın anası isə Viktoriya Ellisdir.
 
"Mavi cütlüyün" üçüncü övladına Bekki Harris hamilədir.
 
Milli.Az