Əflatun Amaşov: “Qlobalaşma şəraitində Azərbaycan dilinə yeni sözlərin daxil olması, istifadəsi önəmli məsələdir
AMEA-nın Dilçilik İnsititutunun direktoru Tofiq Hacıyev deyib ki, Azərbaycanda dillə bağlı müəyyən problemlər var: “Düzdür, ölkədə dilin inkişafına diqqət yüksək səviyyədədir, dörd Azərbaycan dili dərsliyinə dövlət mükafatı verilib, müəllimlər də mükafatlandırılıb. Yəni, ölkədə dilçiliyə xüsusi diqqət yetirilir. İki il öncə dövlət proqramı qəbul olunub. Dilçilik İnsititutu bu proqram əsasında işlər görür. Həmin sərəncamdan sonra Dilçilik İnstitutunun tərkibində dəyişiklik edilib, bir neçə şöbə, ən əsası Kompüter Dilçiliyi Şöbəsi yaradılıb. Bu, çox ciddi məsələdir. Bizim əsas problemimiz elmi dillə bağlıdır. Ədəbi dili Nəsimidən, Füzulidən, yəni, bədii söz ustalarından öyrənirik. Niyə elmi dili öyrənə bilmirik? Çünki o dövrdə elmi əsərlər ərəb-fars dillərində yazılıb. Sovet dövründə yazılmış elmi əsərlərin xeyli hissəsi də rus dilindədi. Hələ də bu proses davam edir. Buna görə də məndə dilin gələcəyi ilə bağlı əndişə var. Əcnəbi sözlərdən istifadə edilir, amma həmin sözlərin Azərbaycan dilində qarşılığı tapılmır, tənbəllik edirlər. Bu işdə mətbuat bizə dəstək verməlidir”.
MTRŞ sədrinin müavini Qafar Nəbiyev isə çıxışında qeyd edib ki, televiziyarlarda ədəbi dilin normaları pozulur. O xatırladıb ki, MTRŞ bununla bağlı monitorinq aparıb: “Müstəqillik illərində dilin inkişafı ilə bağlı qəbul olunmuş qaydalar dövlətin diqqətinin göstəricisidir.
Bir müddət əvvəl çalışdıq ki, efirdə gedən verilişlərin 75 faizi Azərbaycanda dilində olsun. Bu zaman çox çətinlik çəkdik, müqavimət göstərirdilər. İndi diqqət edin, verilişlərin, demək olar, hamısı Azərbaycan dilində yayımlanır. Amma müəyyən qüsurlar da var. Yayımçılar özləri dillə bağlı nümunə olmalıdırlar. Televiziyalarla bağlı apardığımız monitorinqlər çox faydalı olub, bir sıra nöqsanlar aşkara çıxarmışıq. Televiziyalarda nöqsana yol verən aparıcılarn daha peşəkarlarla əvəz olunması vacibdir. Xarici ölkələrin cizgi filmlərinin, seriallarının dublyajında ciddi nöqsanlara yol verirlər. Kanalların bir qismində yaradılmış bədii şuraların heç də hamısı fəaliyyət göstərmirlər”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47