Milli Məclisdə “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirilib
Bakı 7 aprel, Aidə Quluzadə, AZƏRTAC
Aprelin 7-də Milli Məclisin sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli hazırda bu mövzunun gündəmdəki ən aktual məsələlərdən biri olduğunu bildirib ki. O qeyd edib ki, hazırda əsas məqsəd cəmiyyətin sosial sifarişinin hüquqi bazasının formalaşdırılmasıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da mənbəyi məlum olmayan xəstəliklər mövcuddur. Autizm xəstəliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində ölkəmizdə bir çox layihələr həyata keçirilir.
Autizm sindromu barədə məlumat verən H. Rəcəbli deyib ki, dünyada təxminən 70 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda isə təxminən 3500 nəfər autizm xəstəsi var. Bununla bağlı Türkiyənin təcrübəsi Azərbaycan üçün hər zaman maraqlıdır. Çünki dil və mənəvi dəyərlərin oxşarlığı baxımından bu təcrübədən faydalanmaq bizim üçün daha məqbuldur.
Daha sonra çıxış edən Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay bu sahədə gördükləri işlər haqqında tədbir iştirakçılarına məlumat verib. O vurğulayıb ki, bəzən bir çox valideynlər bu xəstəlikdən əziyyət çəkən övladlarını etibar edəcək mərkəz tapa bilmirlər. Uşaqlarla yanaşı, valideynlərə də dəstək vermək vacib məsələdir. Bununla bağlı Türkiyədə bir çox layihələr reallaşdırılır.
Azərbaycanın baş psixiatrı, ATU-nun psixiatriya kafedrasının müdiri Gəray Gərayzadə isə deyib ki, bu gün ölkədə sağlamlıq məsələlərinə diqqət gün-gündən artır. Autizmə gəlincə, o, ən çox uşaq psixiatriyasına aid olan məsələdir. 8-10 il bundan əvvəl Azərbaycanda nadir hallarda autizm diaqnozu qoyulurdu. Bu həm sosial durumla, həm də diaqnostika ilə bağlı idi. Hazırda ölkədə bu xəstəliklə məşğul olan ictimai qurumlar çox aktiv fəaliyyət göstərir. Autizm digər psixi problemlərdən bir qədər fərqli olaraq, sırf tibbi məsələ deyil. Burada həkimlərin və uşaq psixiatrlarının rolu kifayət etmir. Çünki autizm hər hansı bir dərman vasitəsi ilə həll olunan xəstəlik deyil. Ona görə də məqsəd bu cür ailələrə daha çox reablitasiya, psixiloji, pedoqoji kömək göstərməkdir.
G. Gərayzadə, eyni zamanda bu sahədə mövcud olan kadr problemlinə toxunaraq əlavə edib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da psixiatrların sayı elə də çox deyil. Son illər rezidentura təhsili alan tələbələr bu sahəyə maraq göstərməsi sevindirici haldır. “Bizə daha çox reablitoloq, loqopevt, sosial işçilər və pedoqoqlar lazımdır. Cəmiyyətimizi autizm xəstəliyi barədə maarifləndirmək yönümündə tədbirləri daha çox aparılmalıdır” - deyə baş psixiatr vurğulayıb.
Dinləmələr mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05