Nəğd pul dəyərini itirib
ANS PRESS-in məlumatına görə, İsveçdə artıq pul əməliyyatlarının 85-90 faizi elektron şəkildə həyata keçirilir. Bu, mürəkkəb məsələdir və tam dəyişikliyə böyük müqavimət var.
MasterCard İnnovasiya Qrupunun təmsilçisi Con Şeldonun sözlərinə görə, bütün dünya nağd pulsuz bir həyata keçid edir, əsasən də Afrika.
“Onların Avropa və Şimali Amerikada tətbiq olunan infrastrukturu ötürmək imkanları var, çünki onlar bunu edə bilərlər. Məsələn Çin də şəxsi kompyuterdən birbaşa 4G telefonuna keçdi. Afrika, Latın Amerikası, Cənub-şərq Asiyadakı icmaların da kredit kart və başqa üsullardan istifadə etmədən ödəniş texnologiylarını bir başa telefona keçirmək imkanları var. Onlar bunu daha tez edə bilərlər”.
MasterCard Nigeriya və Cənubi Afrika ilə “həyatın sübutu”adlı texnologiya üzərində işləyir. Bu texnologiya istifadəçi müəyyən edildikdən sonra nağd pulsuz ödənişləri qəbul edir və beləliklə dələduzluğun qarşısını alır.
“Mən alış-veriş edəcəm və alışı ödənişi üzümün şəkli ilə təsdiqləyəcəm. Bu şəkildən istifadə edərək malı alanın doğurdanda mən olduğumu təsdiqləyirəm. Cihaz şifrəmi axtarır və mənim burda olduğumu və ödənişi etməyə icazəm olduğumu təsdiqləyir”.
Nağd pul bütün qitələrdə çap olunur. Ancaq Kornel Universitetinin professoru Robet Hoket nağdsız ödənişlərin bir çox ölkədə zəruri olduğunu deyir.
“Çox vaxt bankinq xidmətlərini tapmaq çətin olur, bankirlərlə görüşmək və ya bank hesablarına pul qoymaq üçün rahatca gedə biləcəyin banklar yaxın olmur. Ona görə də, mobil telefon kimi balaca cihaz formasında öz bankını yanında gəzdirmək rahat olur”.
Skot Şey Nyu-York şəhərində yerləşən Signature Bankın sədri və təsisçisidir. O, ödənişlərin tamamilə nağdsız olmasından ehtiyyat edir.
“Əgər biz valyuta və ya nağd pulsuz işləməyə başlasaq bizim həyat keçirdiyimiz hər bir pul əməliyyatı nəzarət olunmağa və, daha da qorxulusu, idarə olunmağa məruz qalacaq”.
Bəs insanlar tamamilə elekton şəkildə olunan pull əməliyyatlarına hazırdılar mı? Bəhreynli Huda Alzira Nyu-Yorkdakı BMT baş qərargahın önündə bu sualı cavablandırır.
“Bəlkə də elektron ödənişlər onlayn alış-veriş üçün faydalıdır. Əslində bu qloballaşma üçün də yaxşıdır, çünki internetlə pulu ödəyib xaricdən mal ala bilirsən. Amma gündəlik həyatda məncə əlində nağd pulunun olması daha yaxşıdır”.
Pul ekspertləri nağd puldan istifadə edən ölkələrin pulu çap etmək, qorumaq və paylamaq kimi böyük xərclərinin olduğunu deyirlər. Amma hətta nağd puldan demək olar ki istifadə etməyən İsveçdə əhalinin ikidə üçü nağd pulu daşımağın hər bir insanın haqqı olduğunu düşünür. Mənbə
VOA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33