ANS PRESS-in məlumatına görə, turnir cədvəlində 2-3-cü yerləri bölüşən komandaların oyunundan əvvəl parislilərin avtobusuna basqın olub.
Paytaxt təmsilçisi “Veledrom” arenasına hərəkət edərkən marselli fanatlar yolda qolf topu ilə avtobusun şüşəsini qırıblar. Hadisə arenaya 800 metrə yaxınlıqda baş verib. Ancaq hadisə zamanı heç bir futbolçu xəsarət almayıb.
Qeyd edək ki, “Marsel” doğma meydanda PSJ 2-3 hesabı ilə məğlub olub.
MənbəANS PRESS