Azərbaycan və Türkiyə Ukraynada hərəkətə keçdi
Bunu ANS PRESS-ə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qondarma “erməni soyqrımı” ilə bağlı qanun layuhəsinin Ukrayna Ali Radasına təqdim olunmasına və bu təşəbbüsünə doğurduğu reaksiyalara münasibət bildirərkən deyib: “Ermənilər istəyirlər ki, Ukrayna-Azərbaycan və Ukrayna-Türkiyə münasibətlərinə xələl gəlsin”.
H.Cavadovun sözlərinə görə, qanun layihəsinin parlamentə təqdim olunması o demək deyil ki, sənəd müzakirəyə çıxarılacaq və yaxud müzakirə olunarsa qəbul olunacaq: “Ümummiyyətlə, nəzərinizə çatdırım ki, həmin deputatın öz həmkarları arasında elə bir avtoriteti yoxdur. Mən bunu öz adımdan deyil, Ali Radada olan digər deputatlarla apardığımız söhbətə əsaslanaraq deyirəm. Bu məsələyə Ukraynada o qədər də ciddi yanaşmırlar. Ola bilər ki, deputat Vitali Barvinenkoya ermənilərin havadarlıq etdiyi çevrlərin təsiri olsun. Bununla da bağlı biz digər deputatlarla söhbət etmişik. Qanun layihəsi ətrafına piar işinin qurulması da elə həmin çevrələr tərəfindən təşkil oluna bilər. Əlbəttə, ermənilər istəyirlər ki, Ukrayna-Azərbaycan və Ukrayna-Türkiyə münasibətlərinə xələl gəlsin. Lakin biz də əlimizi-qolumuzu sallayıb dayanmamışıq. Biz həmin qanun layihəsilə bağlı xəbəri alan kimi Azərbaycanın Ukraynadakı səfirliyi ilə əlaqə saxladıq. Məlumat aldıq ki, səfirimiz cənab Eynulla Mədətli həm Kiyev şəhər meriyasına, həm də Ali Radanın sədrinə məktub ünvanlayıb. Özü də bu məktublar həmin deputatın hazırladığı qanun layihəsi parlamentə təqdim olunmazdan əvvəl göndərilib. Bilirsiniz ki, ermənilər hər il belə təxribatçı əməllərə əl atırlar. Hətta Yanukoviçin prezident olduğu dövrdə də belə bir addım atılmışdı. Onda da bu məsələ müzakirəyə çıxarılmadı. Məndə olan məlumata görə artıq Türkiyə səfirliyindən də Ukrayna parlamentinə etiraz məktubu göndərilib”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33