Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə DSMF-də mini-futbol turniri başlandı
Bakı, 6 aprel, AZƏRTAC
Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, aprelin 6-da turnirin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. Fondun sədri qeyd edib ki, ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. E.Mehdiyev dedi: “Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına da yüksək diqqət və qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə böyük uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. Fərəhli haldır ki, bu il Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcəkdir.”
DSMF-də ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlərin təşkil olunmasının artıq xoş bir ənənəyə çevrildiyini diqqətə çatdıran fondun sədri deyib ki, bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.
Açılış mərasimində qeyd edilib ki, mini-futbol turnirində 8 komanda mübarizə aparacaq və yarışın qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində müəyyənləşəcək, onlara kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunacaq.
Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının əməkdaşları arasında stolüstü tennis və şahmat yarışları da keçiriləcək və qaliblər mükafatlandırılacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33