Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilata üzv seçilib
Mərkəzdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin(CERT) əməkdaşlığını asanlaşdırmaq məqsədilə yaradılan “First” beynəlxalq təşkilatı kompüter təhlükəsizlik insidentlərinin həlli yönündə fəaliyyət göstərir.
Bu üzvlük Azərbaycanda elektron təhlükəsizlik sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsnə imkan yaradacaq. Belə ki, təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılmasını asanlaşdırır və sürətləndirir.
“First” hər il müxtəlif ölkələrdə kompüter insidentlərinin işlənməsi mövzusunda konfranslar və tədbirlər keçirir. Burada üzv və qeyri-üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır.
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin fəaliyyətinə təsir göstərən məsələlərin müzakirəsi ilə əlaqədar “First”ə üzv qurumların hər il müntəzəm olaraq forumu təşkil olunur ki, burada yalnız üzvlərə iştirak hüququ verilir.
Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.
CAHANGİR
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25