“Altılıq” ölkələrinin İranla Lozannada əldə etdiyi razılaşma bölgədə nüvə silahının yayılmasının qarşısını almağa imkan verir”
APA-nın məlumatına görə, bunu “New York Times” nəşrinə müsahibəsində ABŞ prezidenti Barak Obama deyib.

“Hazırda bu, İranın nüvə silahını əldə etməyəcəyinə əmin olmağın ən yaxşı üsuludur”, - deyə o vurğulayıb.

Bununla yanaşı, B. Obama qeyd edib ki, İran üzərindən sanksiyalar Tehranın bütün öhdəlikləri yerinə yetirdikdən sonra aradan qaldırılacaq.

Milli.Az