Ali təhsil müəssisələrinin qiymətləndirilməsi A(əla)-dan, E(qeyri-kafi)-yə qədər olan qiymətləndirmə sistemi ilə həyata keçirilir. Azərbaycan Memarlıq və İnşaat Universiteti Avropa ekspertləri tərəfindən orta kateqoriya olan B ilə qiymətləndirilmişdir və maksimum dərəcədən bir səviyyə ilə geri qalmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycandakı universitetlər arasında yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti bu reytinqə daxil olmuşdur.