Bu gün səhər Ermənistanda zəlzələ baş verib.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, 3.5 bal gücündə zəlzələ ölkənin şimalında hiss olunub.

Yeraltı təkanlar səhər saat 05:26-da Ermənistanın Geqarkun əyalətində qeydə alınıb.

Episentrdə zəlzələnin gücü Rixter şkalası üzrə 4-5 bal olub.

Paytaxt Yerevanda zəlzələnin gücü 2-3 bal olub.

Milli.Az