[ 06 Aprel 2015 09:13 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində işlər davam etdirilir.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib.

 

Belə ki, həmin hissədə torpaq yatağı yenidən tikilərək birqat asfalt-beton örtük döşənib. Həmin ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib.

 

Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması  işləri aparılır.