Müğənni Röya Ayxan həmkarı Rəqsanə İsmayılova ilə aralarında qalmaqala səbəb olan libasından danışıb.
Axşam.az-ın məlumatına görə, "Onlar"a açıqlama verən sənətçi sözügedən paltarı ilk dəfə özünün geyindiyini iddia edib:
"Rəqsanə də incəsənət adamıdır, istəyir geyinir. Amma birinci mən etmişəm deməməliydi, düzgün deyil. Cəsarəti birinci açan adamlar olub. Bizdən əvvəl də açıq geyinən olub, bizdən sonra da geyinəcəklər. Çıxdı dedi ki, 2013-cü ildə ilk mən geyinmişəm. Biz də ona sübut etdik ki, mən 2011-ci ildə "Göndər" klipində eyni formada libasdan istifadə etmişəm".
Röya Rəqsanənin "Gündəlik" verilişinə qonaq olarkən saç düzümü və qısa geyimi ilə özünü ona bənzətməsiylə bağlı söz-söhbətlərə də münasibət bildirib:
"Neçə ildir sənətdə olan, sevilən qadın və onun dostu kimi deyim: məndən sonra o geyimdə, elə saç düzümündə çıxmamalı idi. Adi insanların dilindən danışıram, olmadı. Ya bir müddət ara verməli idi, ya da fərqli saç düzümü etməli və libas geyinməliydi".







