"Türkiyənin təhlükəsizlik qüvvələrinin işində boşluqlar var"
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, cənab Ərdoğan İranla bağlı bəyanat verdikdən sonra bu hadisələrin baş verməsi olduqca maraqlıdır. Eyni zamanda Yəmən hadisələrinin də təsiri mümkündür. Yəni hər iki halda bu Türkiyənin təhlükəsizlik qüvvələrinin işindəki boşluqlardan xəbər verir. Paralel olaraq amnistiya məsələsi də təsir edən amildir.
Burada əsasən xarici qüvvələrin təsiri böyükdür. Çünki belə risqli əməliyyatlar, özü də dövlət məmurları ilə bağlı, ancaq xarici qüvvələrin təsiri ilə edilə bilər. Daha doğrusu, atılacaq hər hansı addımla bağlı xəbərdarlıqdır. Burada da əsas məqsəd hər zaman təhdidlərin olacağını nəzərə çatdırmaqdır.
Göründüyü kimi, bunun arxasından PKK deyil, inqilabi radikal qüvvələr çıxdı".
Xatırladaq ki, 31 martda bütün Türkiyə ərazisində elektrikin kəsilməsi, daha sonra ard-arda baş verən üç terror olayı ölkənin milli təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Martın 31-də səhər saatlarında, Van istisna olmaqla, Türkiyənin bütün ərazisində elektrik olmayıb. Problemin çözümü 10 saatdan çox zaman aparıb.
Gündüz saatlarında isə İstanbul Çağlayan Ədalət Sarayında "Gəzi Parkı" olaylarının qurbanı Berkin Əlvanın işini aparan prokuror Mehmet Selim Kiraz girov götürülüb və təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda həlak olub. Aprelin 1-də isə AKP-nin Kartal bölməsinin ofisinə silahlı hücum olub. Polislər terrorçuları tərksilah edib və prokurorluğa aparıblar.
Apreli 1-i Bakı vaxtı ilə saat 20 radələrində Türkiyə daha bir terrorla üzləşib. Vatan caddəsində yerləşən İstanbul Əmniyyət Müdürlüyündə atışma olub. İlkin informasiyaya görə, 2 terrorçu Əmniyyət Müdürlüyünün binasını atəşə tutub. Musavat.com qardaş ölkə mediasına əsasən xəbər verir ki, onlardan biri qadın olub. Həmin qadın "canlı bomba" adlanan intihar terrorçusu olub. Olaya dərhal müdaxilə edən polislər onlardan birini zərərsizləşdirib. Aldığı güllə yarasından terrorçu olay yerində ölüb. Atışmada 2 polis yaralanıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47