Ötən il ölkəmizdə 9130 yeni hüquqi şəxs qeydiyyata alınıb
Bakı, 5 aprel, AZƏRTAC
Cari ilin yanvar ayınadək ölkəmizdə qeydiyyatda olan müəssisə və təşkilatların sayı 94 min 563-ə çatıb. Ötən il ərzində 9130 yeni hüquqi şəxs qeydiyyata alınıb.
AZƏRTAC İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına istinadla bildirir ki, müəssisə və təşkilatların 26,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,8 faizi tikinti, 9,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi peşə, elmi və texniki fəaliyyət, 5,9 faizi emal sənayesi, 3,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi təhsil, 2,3 faizi informasiya və rabitə, qalanları isə digər bölmələrin payına düşür.
Müəssisələrin 9,4 faizi Bakıda, 12,5 faizi Quba-Xaçmazda, 11,6 faizi Abşeronda, 16,8 faizi Dağlıq Şirvanda, 11,9 faizi Şəki-Zaqatalada, 11,5 faizi Lənkəranda, 8,5 faizi Aranda və 9,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında qeydiyyata alınıb. Ötən il ərzində qeydiyyata alınan yeni hüquqi şəxsin 1607-si dövlət mülkiyyətinə, 7-si bələdiyyə və 7516-sı xüsusi mülkiyyətə aid olub. Xüsusi mülkiyyətli müəssisələrin 533-ü tam xarici investisiyalı, 147-si isə birgə müəssisələrə aiddir.
Qeydiyyata alınan hüquqi şəxslərin 10 min 540-ı dövlət mülkiyyətinə, 82 min 370-i xüsusi mülkiyyətə, (o cümlədən xüsusi mülkiyyətli müəssisələrin 5429-u tam xarici investisiyalı, 1754-ü isə birgə müəssisələrə aiddir), 1653-ü bələdiyyə mülkiyyətinə mənsub olub. Statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ, Almaniya və digər ölkələrin sahibkarları tərəfindən yaradılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33