Özünü Azərbaycan şou-biznesinin əjdahası adlandıran Nadir Qafarzadə bu sözləri müğənni Rauf Bəsəlzadə barəsində demişdi.
Rauf ANS PRESS-ə açıqlamasında, "kiçik əjdaha" titulundan imtina etdiyini söylədi: "Sağ olsun, Nadir mənə sənətdə dəstək olub. Birlikdə duet oxumuşuq. Amma şou-biznesin kiçik əjdahası olmaq istəmirəm. Düşünürəm ki, Nadir Qafarzadədən sonra heç kim bu adı özünə yapışdıra bilməz. Qoy hamı məni elə Rauf Bədəlzadə kimi tanısın. 15 ildir səhnədəyəm, sadəcə sənətdən başqa mövzularla efirlərə çıxmağı sevmirəm. Nadir Qafarzadəyə gəlincə, o artıq sözünü demiş sənətkardı, hər mövzuda danışa bilər. Əjdahalıq mənlik deyil. Mən başımı aşağı salıb, işimlə məğğul olsam yaxşıdı!.


Mənbə
ANS PRESS