Bakı, 5 aprel, AZƏRTAC
Yəməndə baş verən daxili iğtişaşlar səbəbindən bu ölkədən təxliyə edilən 185 türk vətəndaşı Türk Hava Yollarına məxsus təyyarə ilə İstanbula gətirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, xarici vətəndaşların da bir qrupu Yəmənin paytaxtı Sana şəhərindən İstanbula doğru hərəkət edir.