[ 05 Aprel 2015 14:34 ]



Bakı - APA. Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində işlər davam etdirilir.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən APA-ya verilən məlumata görə, bazar günü nəqliyyatın azlığı nəzərə alınaraq işlər daha intensiv şəkildə aparılır.

 

Uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib.

 

Həmin hissədə torpaq yatağı yenidən tikilərək 1 qat asfalt-beton örtük döşənib. Ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib. Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur.

 

Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması  işləri aparılır.