Milli.Az gecce.az-a istinadən xəbər verir ki, iki dəfə ailə qurub ayrılan sənətçi o günləri belə xatırlayıb:
“İki dəfə ailəli olmuşam. İkisi də ayrılıqla nəticələnib. İlk evliliyim çox qısa çəkib. Öz bibim oğlu ilə evli olmuşam. İki aydan sonra ayrılmışıq.
İkinci evliliyim isə uzun çəkib. Biz ailə quranda üzərimizdə çox nəzərlər vardı. Hamı həsəd aparırdı ki, bizim də Sevda xanımınkı kimi ailəmiz olaydı. Çox gözəl ailəmiz vardı. Xəyanət ucbatından ayrıldıq. Üçüncü dəfə ərə getmək barədə düşünmürəm. Heç kim istəməz ki, ailəsi dağılsın”.
Milli.Az