Bakı, 5 aprel, AZƏRTAC
Nyu-York şəhərinin sabiq meri Maykl Blumberq 2016-cı ilin mayında Londonda keçiriləcək mer seçkilərində iştirak edə bilər.
Bu barədə ABŞ kütləvi informasiya vasitələri məlumat yayıb.
Məlumata görə, Britaniyanın nüfuzlu konservatorları, xüsusilə də Baş nazir Devid Kemeronun yaxış məsləhətçisi Stiv Hilton seçkilərdə iştirak etmək üçün Maykl Blumberqi razı salmağa çalışırlar.
S.Hilton “New York Post” qəzetinə müsahibəsində deyib ki, Londona Blumberq kimi praqmatik, problemlərin həllində qətiyyətli bir rəhbər lazımdır. O, Londonun meri olsaydı çox yaxşı olardı.