Anspress-in məlumatına görə, “İncə maraqlar” verilişində qonaq olan qadın məclisləri tamadası, şairə Nazilə Səfərli toy mövzusu ətrafında gedən söhbətlər zamanı yadında qalan bir hadisəni dilə gətirib:
“İnanmazsınız bəlkə də, Türkiyənin tarixində bu yeganə bir fakt olubdur ki, Rəqsanə orada toy oxuyurdu və çox gözəl oxuyurdu. Əvvəldən-axıra qədər də canlı çıxış etdi. Lakin toya yarım saatlıq ifa üçün gələn müğənnilərdən birinin fonoqram oxuduğunu görən toy sahibi xanımı çağırdı və dedi ki, get ona de, çıxsın bayıra. Mən 15 min pul ödəyirəm. Mənim toyuma kaset lazım deyil”.
Milli.Az