Robert Sekuta: Hər bir minanın təmizlənməsi xilas olunmuş bir həyatdır
"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Azərbaycan ərazilərinin minalardan təmizlənməsində aparıcı rolundan yazıb.
Səfirin bloqunda yazdığı məqaləni təqdim edirik:
“Heç bir ana uşağının partladıla biləcəyinə görə oynamağa göndərməyə, məktəbdən və ya günorta çağı əylənəndən sonra təhlükəsiz şəkildə evəqayıdacağına görə heç vaxt narahat olmamalıdır”, - deyə ABŞ Dövlət Katibi Con Kerri deyib.
Minalanmış torpaq üçün əsgər və ya mülki şəxs fərq etməz. Partlamamış hərbi sursat hərbi hədəflər və ya uşaqlar arasında fərqi bilməz. Dəhşətli reallıq isə odur ki, günahsız vətəndaşlar - kişilər, qadınlar və uşaqlar - çox tez-tez bu müharibədən qalma partlayıcıların qurbanı olurlar. Azərbaycanda 1990-cı illərin əvvəllərindən 2011-ci ilə kimi 367 şəxs bu səbəbdən həlak olmuş və 2000 nəfərdən çox insan xəsarət almışdır. Beynəlxalq Minatəmizləmə Günü insanların azad və təhlükəsiz şəkildə gəzməsi üçün, minalardan gələn bəlanın qarşısının alınmasını vurğulamaq üçün bir şansdır.
Səfir olaraq mən, Birləşmiş Ştatların Azərbaycanla onun torpaqlarının minalardan və partlamamış sursatlardan təmizlənməsi yönündə uzun zamandır davam edən əməkdaşlığını qeyd etmək şərəfinə malikəm. 1993-cü ildən bəri, biz burada minalardan təmizləməyə dəstək məqsədi ilə 30 milyon dollardan artıq vəsait təmin etmişik.
Birləşmiş Ştatların maliyyə yardımı və əməkdaşlığı ilə Azərbaycanın göstərdiyi səylər nəticəsində torpaqların minalardan və partlamamış sursatlardan təmizlənməsində əsl irəliləyiş əldə edilmişdir. Saloğlu yaxınlığındakı bir ərazidə, 1991-ci ildə ölkədən çıxan Sovet Ordusu partlayıcılarla dolu 138 ədəd bunkeri məhv etmiş və beləliklə ərazini yarım milyondan çox partlamamış sursat hissələri ilə zibilləmişdir. Bu gün təmizlənmiş ərazidə məktəb yerləşir və toplanmış metal qırıntılarının satışından əldə edilmiş vəsait hesabına kəndin uşaqları üçün idman stadionu tikilmişdir.
Amerika Birləşmiş Ştatları həmçinin Gürcüstanla sərhəddə və Ceyrançöldə ərazidən partlamamış hərbi sursatların və müharibənin digər partlayıcı qalıqlarının təmizlənməsi istiqamətində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) NATO ilə birgə səylərini əlaqələndirən aparıcı ölkədir. Proyektin birinci fazasında ANAMA 19 kvadrat kilometr ərazini 173 mina və 14, 654 partlamamış sursat hissələrini məhv edərək təmizləmişdir. ANAMA işçiləri 23 kvadrat kilometr ərazini təmizləməyi qarşıya məqsəd qoymuş və demək olar ki, yarısını yerinə yetirmişlər. Hər bir mina, hər bir partlamamış sursatın təmizlənməsi xilas olunmuş bir həyatdır.
Bütün dünya bu il Beynəlxalq Minatəmizləmə Gününü qeyd etdiyi kimi, biz də Azərbaycanla əməkdaşlığımızı və digərlərinin həyatını xilas etmək üçün öz həyatları ilə risk edən ANAMA işçilərinin heyrətamiz işini qeyd edirik.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25