[ 05 Aprel 2015 00:03 ]
Bakı. Ramiz Mikayıloğlu- APA. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri barədə elektron qaydada mütəmadi məlumat əldə etmək mümkün olacaq.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin III rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sisteminin qurulmasını təmin etməlidir.