Moskvada yeddi nəfərin qətlində ittiham olunan Anuşerovon Rəhmanov "Matrosski Tişina" istintaq təcridxanasında özünü asıb.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, məhbus xəstəxanaya çatırılsa da, onu həyatını xilas etmk mümkün olmayıb.
 
Qeyd edək ki, istintaqa verdiyi ilkin ifadəsində cinayət törətdiyini xatırlamasa da, günahını etiraf edib. O narkotik istifadəçisi olduğunu, qətli törədərkən də narkotik maddənin təsiri altında olduğunu güman edərək ittihamlarla razılaşmışdı.
 
Milli.Az